Yollarda görünüş məsafəsi 1-2 km məhdudlaşacaq - XƏBƏRDARLIQ » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
21 
fev
2025
16:50

Yollarda görünüş məsafəsi 1-2 km məhdudlaşacaq - XƏBƏRDARLIQ

21 fev, 2025
16:50
710

Yollarda görünüş məsafəsi 1-2 km məhdudlaşacaq - XƏBƏRDARLIQ

Magistral avtomobil yollarında görünüş məsafəsi 1-2 km məhdudlaşacaq.

APA xəbər verir ki, bu barədə ETSN məlumat yayıb.

Bildirilib ki, ölkə ərazisində qarlı, şaxtalı və çovğunlu hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin fevralın 22-si səhərədək 1-2 km-dək məhdudlaşacağı, havanın temperaturunun daha 5 dərəcə enəcəyi gözlənilir.

Qarlı, şaxtalı və çovğunlu hava şəraiti ilə bağlı yolların buz bağlayacağını nəzərə alaraq sürücülərin ehtiyatlı və məsuliyyətli olması tövsiyə olunur.

"Xoşagəlməz halların baş verməməsi üçün Milli Hidrometeorologiya Xidməti tərəfindən ardıcıl olaraq verilən hava xəbərdarlıqlarına, çağırışlara və tövsiyələrə əməl olunması vacibdir", - məlumatda bildirilib.

Bizimlə əlaqə saxlayın