sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Bakıda yağış intensivləşəcək, rayonlara qar yağacaq - XƏBƏRDARLIQ
Fevralın 14-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensivləşəcəyi gözlənilir.
Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Fevralın 13-ü gecə və səhər əsasən şərq rayonlarında, 14-dən 15-i səhərədək isə əksər rayonlarda arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Dağlıq-Şirvan, Lənkəran-Astara, Mərkəzi Aran bölgəsində intensivləşəcəyi ehtimalı var. Ölkə ərazisində havanın temperaturu 4 dərəcəyədək enəcək.
Gözlənilən hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, dağlıq rayonlarda isə yolların buz bağlayacağı ehtimal olunur.
Oxşar xəbərlər
Abşeron yarımadasında yağış, sulu qar yağacaq
Sulu qar yağacaq, temperatur aşağı düşəcək - XƏBƏRDARLIQ
Çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
Yağış yağacaq, temperatur düşəcək - XƏBƏRDARLIQ
Bakıda hava kəskin dəyişir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













