Yağıntılı və küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA
Milli Hidrometeorologiya Xidmətinin fevralın 7-si saat 19:00-a olan məlumatına əsasən bəzi rayonlarda yağıntılı və küləkli hava şəraiti davam edir.
APA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Belə ki, Neftçala, Biləsuvar, Lənkəran, Astarada arabir yağış, Qəbələ, Quba, Şahdağ, Yardımlı, Lerikdə isə qar yağır.
Şimal-qərb küləyi əsir. Narıncı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında arabir 26 m/s-yə çatıb.
Daşkəsən, Göygöl, Qax, Şəki, Qəbələ, Quba, Qusar, Qrızda duman müşahidə olunur. Dumanda görünüş 500 metrədək məhdudlaşıb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 5, Aran rayonlarında 11, Naxçıvan MR-da 9 dərəcəyədək isti, dağlıq rayonlarda 3 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 11 dərəcəyədək şaxta qeydə alınıb.
Fevralın 10-dan ölkə ərazisində hava şəraitinin sabitləşəcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Oxşar xəbərlər
Bəzi rayonlarda yağış, qar yağır, külək əsir - FAKTİKİ HAVA - YENİLƏNİB-2
Yağıntılı və küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA
Bəzi bölgələrdə yağış yağır, duman müşahidə olunur - FAKTİKİ HAVA
Bir sıra rayonlara qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB 3
Bəzi rayonlarda küləkli və yağıntılı hava davam edir - FAKTİKİ HAVA - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













