Sabah bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacaq - PROQNOZ
Sentyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 14-18° isti, gündüz 22-25° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-70 %, gündüz 40-45 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 14-18° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-9° isti, gündüz 10-15° isti olacaq.
Oxşar xəbərlər
Sabah paytaxtda hava yağmursuz olacaq, bölgələrdə leysan yağacaq - PROQNOZ
Sabah yağış yağacaq, dağlıq ərazilərdə dolu düşəcək - PROQNOZ
Sabah bəzi yerlərdə leysan olacaq, dolu düşəcək - PROQNOZ
Sabah dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq - PROQNOZ
Sabah 30 dərəcə isti olacaq - PROQNOZ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













