Bakıda 39, bölgələrdə 40 dərəcə isti olacaq - SABAHIN HAVASI
sizinxeber.az xəbər saytı

Bakıda 39, bölgələrdə 40 dərəcə isti olacaq - SABAHIN HAVASI


İyulun 16-da gözlənilən hava proqnozu açıqlanıb.

Bakıda və Abşeron yarımadasında hava necə olacaq?

Milli Hidrometeorologiya Xidmətindən Sizinxeber.az-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Zəif cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26, gündüz 34-39 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu, nisbi rütubət isə gecə 65-75%, gündüz 40-45% təşkil edəcək.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti:

İyulun 16-da zəif cənub-şərq küləyi əsəcək.

Dəniz suyunun temperaturu:

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 27-29 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava necə olacaq?

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, arabir duman olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-27, gündüz 36-40, dağlarda gecə 11-16, gündüz 28-33 dərəcə isti olacaq.

Oxşar xəbərlər

Sabah 37 dərəcə isti olacaq - PROQNOZ
Mayın ilk günü 23 dərəcə isti olacaq
Azərbaycanda sabah 20 dərəcə isti olacaq
Sabah 38 dərəcə isti olacaq
Sabah Bakıda 40 dərəcə isti olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər