Qəzaya düşən PFL rəhbərliyindən iki nəfər xəstəxanadan evə buraxılıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
19 
dek
2023
14:48

Qəzaya düşən PFL rəhbərliyindən iki nəfər xəstəxanadan evə buraxılıb

19 dek, 2023
14:48
1 057

Qəzaya düşən PFL rəhbərliyindən iki nəfər xəstəxanadan evə buraxılıb

Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində dekabrın 16-da avtomobil qəzasına düşən Peşəkar Futbol Liqasının rəhbərliyindən ikisi xəstəxanadan evə buraxılıb.

“Sizinxeber.az”a bu barədə “Liv Bona Dea Hospital”dan məlumat verilib.

Bildirilib ki, evə buraxılanlar PFL-in icraçı direktor Zaur Hacı-Məhərrəmov və qurumun texniki-idman direktoru Elgiz Abbasovdur.

Xatırladaq ki, hadisə dekabrın 16-sı Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində baş verib. Bakı şəhər sakini Rasim Qafarlının idarə etdiyi “Mercedes Vito” markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb. Nəticədə PFL prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, icraçı direktor Zaur Hacı-Məhərrəmov, media və marketinq direktoru Sənan Abdullayev, PFL texniki-idman direktoru Elgiz Abbasov və sürücü Rasim Qafarlı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Bizimlə əlaqə saxlayın