İstirahət mərkəzində GÜCLÜ YANĞIN - Alovların meşəyə keçməsinin qarşısı alınıb - VİDEO
sizinxeber.az xəbər saytı

İstirahət mərkəzində GÜCLÜ YANĞIN - Alovların meşəyə keçməsinin qarşısı alınıb - VİDEO




Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Masallı rayonu, Qəriblər kəndi ərazisində yerləşən istirahət kompleksində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə BAKU.WS-ə FHN-nin mətbuat xidmətindən bildirilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Masallı rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının istirahət kompleksinin ərazisində yerləşən kotecdə baş verdiyi və meşəyə keçmə riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 286kv.m. olan ikimərtəbəli kotecin yanar konstruksiyaları 160kv.m. sahədə və 3 ədəd ağac yanıb.

Kotecin qalan hissəsi və meşə yanğından mühafizə olunub.

BAKU.WS
VİDEO

QALEREYA

Oxşar xəbərlər

Masallıda istirahət mərkəzindəki yanğının meşəyə keçməsinin qarşısı alınıb - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hacıqabulda avtomobil yanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zabratda 800 kvadrat metr ərazi yanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kürdəmirdə yük avtomobili yanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gəncədəki avtomobil sexində 5 boks və bir avtomobil yanıb - YENİLƏNİB - 2 [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər