

Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında finala yüksəlib
Azərbaycanın yunan-Roma güləşçisi Ziya Babaşov (63 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatında finala yüksəlib.
"Sizinxeber.az" xəbər verir ki, təmsilçimiz startda isveçli Aleksander Vafaini mübarizədən kənarlaşdırıb – 3:1. Həmyerlimiz 1/4 finalda yunanıstanlı Marios Kapantaisə (10:2), yarımfinalda isə bolqarıstanlı Miroslav Emilova (8:0) tam üstünlüklə qalib gələrək adını finala yazdırıb. Ziya həlledici görüşdə moldovalı Vitali Yeriomenkoyla qarşılaşacaq.
Elmir Əliyev (55 kq) moldovalı Maksim Sarmanovla (9:1) albaniyalı Andi Mukanı (11:2) vaxtından əvvəl üstələyərək yarımfinala yüksəlib. Finalın bir addımlığında rusiyalı Alibek Amirovla gərgin mübarizə şəraitində keçən görüşün sonlarında təşəbbüsü əldən verən Elmir sonuncu xal prinsipinə əsasən (2:2) məğlubiyyətlə barışıb. Əliyev sabah bürünc medal uğrunda Filip Bartoşik (Çexiya) – Vasileios Papageorgiu (Yunanıstan) qarşılaşmasının qalibiylə güləşəcək.
Xasay Həsənli (77 kq) yunanıstanlı Andreas Vasilakopula tam üstünlüklə (9:0) qalib gəlsə də, 1/4 finalda almaniyalı Aaron Bellşeidtə 3:7 hesabıyla məğub olub. Rəqib finala yüksəldiyi üçün Xasay sabah təsəlliverici görüşdə bolqarıstanlı Albert Doyevlə güləşəcək.
Oxşar xəbərlər
Azərbaycanın qadın güləşçisi Avropa çempionatında finala yüksəlib
Azərbaycanın iki sərbəst güləşçisi Albaniyada keçirilən Avropa çempionatının finalına yüksəlib
Azərbaycanın daha bir yunan-Roma güləşçisi dünya çempionatında qızıl medal qazanıb - YENİLƏNİB
Azərbaycan güləşçisi dünya çempionatında finala yüksəlib
Azərbaycanın üç boksçusu Avropa çempionatında finala yüksəlib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fox News Kiyevi Rusiya şəhəri adlandırıb: XİN reaksiya verir
-
WSJ: Tramp strategiyasında köklü dəyişikliklər edib
-
Uitkoff Romada ABŞ – İran danışıqlarından sonra Qrossi ilə görüşüb
-
ABŞ husilərin Sənadakı mövqelərinə 21 zərbə endirib
-
İsrailin XİN başçısı: İranla nüvə silahı məsələsinin diplomatik həllinə hazırıq
-
Çində ilk 10G genişzolaqlı şəbəkə istifadəyə verildi
