
Azərbaycan boksçusu dünya birinciliyində finala yüksəlib

Azərbaycan boksçusu dünya birinciliyində finala yüksəlib
Azərbaycan boksçusu Bilalhəbaşi Nəzərov Monteneqronun Budva şəhərində gənclər arasında keçirilən dünya birinciliyində finala yüksəlib.
"Report" xəbər verir ki, 48 kq-da mübarizə aparan milli üzvü yarımfinalda Osman Çadqurla (Mərakeş) qarşılaşıb.
Görüş Nəzərovun 5:0 (30:26, 30:26, 30:26, 29:27, 30:26) hesablı qələbəsi ilə yekunlaşıb.
Bilalhəbaşi finalda özbəkistanlı Safyiddin Sabirovla döyüşəcək.
Qadın boksçumuz Aynur Mikayılova (57 kq) isə dünya birinciliyini bürünc medalla başa vurub. O, yarımfinalda Pinar Benekə (Türkiyə) 1:4 hesabı ilə məğlub olub. Mikayılova bununla da gənc qız boksçular arasında ilk medal qazanan azərbaycanlı kimi tarixə düşüb.
Qeyd edək ki, daha 3 boksçumuz yarımfinal görüşünə çıxacaq.