

EWF prezidentinin Bakıya səfəri zamanı beynəlxalq yarışların Azərbaycanda təşkili müzakirə olunub
Avropa Ağırlıqqaldırma Federasiyasının (EWF) prezidenti Antonio Konflittinin Bakıya səfəri zamanı beynəlxalq yarışların Azərbaycanda təşkili müzakirə olunub.
Bunu "Sizinxeber.az"a açıqlamasında Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) vitse-prezidenti Firdovsi Umudov deyib.
Qurum rəsmisi EWF rəhbərinin səfərinin detalları barədə danışıb:
"Konflittinin gəlişində məqsəd qurumlar arasında münasibətlərin sıxlaşdırılması, dostluq, əməkdaşlıq və tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, həmçinin ölkəmizin ağırlıqqaldırma infrastrukturu ilə yaxından tanışlıq, gələcəkdə beynəlxalq yarışların təşkili potensialını dəyərləndirmək idi. Biz daha əvvəl Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Məhəmməd Caludu dəvət etmişdik. Qurum olaraq bir gün üçün deyil, daimi uğurlar üçün strateji xəttimizi başlatmışıq və indi də davam etdiririk. Konflittinin səfəri çox səmərəli alındı. O, Azərbaycan çempionatını canlı izlədi, açılış və veteran ağırlıqqaldıranların təltifat mərasimində iştirak etdi. Sonra Ağırlıqqaldırma Mərkəzi ilə yaxından tanış oldu, idman qurğusunun imkanları barədə ətraflı məlumat aldı. "ASK Arena"da yerləşən ağırlıqqaldırma üzrə yığmaların dayaq bazasında yaradılan şəraitlə də tanış oldu".
F.Umudov EWF prezidentinin gənclər və idman naziri Fərid Qayıbovun qəbulunda olduğunu bildirib:
"Nazir müavini Mariana Vasileva və AAF-ın prezidenti Kamran Nəbizadə ilə birlikdə iştirak etdiyimiz görüş zamanı bir sıra məsələlər müzakirə olundu, ağırlıqqaldırmanın inkişafı üçün atılan və atılacaq addımlar danışıldı. Antonio Konflitti ölkəmizdə gördüklərindən razı qaldığını, Azərbaycanda ağırlıqqaldırmanın inkişafı üçün bütün lazımi şəraitin yaradıldığını qeyd etdi. Bununla yanaşı, ölkəmizdə beynəlxalq yarış və digər tədbirlərin keçirilməsini müzakirə etdik. Konflitti bildirdi ki, Azərbaycan buna hazırdır. Biz də öz növbəmizdə qeyd etdik ki, ölkəmizdə idmana dövlət tərəfindən ən yüksək səviyyədə diqqət və qayğı göstərilir. Bunun nəticəsində dünya səviyyəli yarışlar Azərbaycana həvalə olunur, uğurla da keçirilir. Ağırlıqqaldırma da bu sıraya daxil olacaq".
Oxşar xəbərlər
Fərid Qayıbov Avropa Ağırlıqqaldırma Federasiyasının prezidentini qəbul edib
AAF prezidenti türkiyəli həmkarı ilə görüşüb
Özbəkistan Cüdo Federasiyasının prezidenti Bakıya gəlib
AAF-ın vitse-prezidenti: Azərbaycan çempionatı və birinciliyində ümidverici nəticələrə şahidlik etdik
AAF-nin Ümumi Yığıncağı keçirilib, İdarə Heyətinə yeni üzvlər seçilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“WUF13 QHT Koalisiyası”nın növbəti hibrid görüşü keçirilib
-
İran DİN başçısı: Şahid Rəcai limanında yanğın yenidən alovlanıb
-
“Die Weltwoche”: Brüssel Avropa Komissiyasının toksik rəhbərinin istefasını istəyir
-
Qəzza zolağında baş verən toqquşmalarda iki İsrail hərbçisi həlak olub
-
Premyer Liqa: "Qarabağ" bu gün çempionluğu rəsmiləşdirə bilər
-
Peskov: Tramp və Rusiyanın Ukrayna ilə bağlı mövqelərində bir çox elementlər üst-üstə düşür
