Şəfəq Həmidova Avropa çempionatında son dünya çempionu Assunta Skuttonu məğlub edib - YENİLƏNİB-5
Azərbaycanın daha bir cüdoçusu Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında növbəti qələbəsini qazanıb.
"Sizinxeber.az"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, Şəfəq Həmidova son dünya çempionu Assunta Skuttonu (İtaliya) 1/8 finalda məğlub edib.
Leyla Əliyeva (52 kq) eyni mərhələdə Odette Qiuffridaya (İtaliya), Könül Əliyeva (48 kq) isə Laura Martines Abelendaya (İspaniya) uduzub.
1/4 finalda rusiyalı Murad Çopanova yenilən Turan Bayramov (66 kq) təsəlliverici görüşə qatılacaq.
Azərbaycan cüdoçusu Turan Bayramov (66 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında ikinci qələbəsini qazanıb.
"Sizinxeber.az"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, idmançı 1/8 finalda İtaliya təmsilçisi Elios Manzini məğlub edib.
Daha əvvəl Nikolas Kuntseni (Almaniya) üstələyən T.Bayramov 1/4 finala yüksəlib.
Gültac Məmmədəliyeva (52 kq) macarıstanlı Reko Ruppa uduzub.
Azərbaycanın daha üç cüdoçusu Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.
"Sizinxeber.az"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, Balabəy Ağayev (60 kq) 1/8 finalda Andrea Karlinonu (İtaliya) mübarizədən kənarlaşdırıb.
Əhməd Yusifov (60 kq) eyni raundda Çarli Eyri (Böyük Britaniya) məğlub edib.
Turan Bayramov (66 kq) isə 1/16 finalda Nikolas Kuntsedən (Almaniya) güclü olub.
Qeyd edək ki, Avropa çempionatı aprelin 19-da başa çatacaq.
Azərbaycanın daha iki cüdoçusu Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatına qələbə ilə start verib.
"Sizinxeber.az"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, Şəfəq Həmidova (48 kq) 1/16 finalda Erza Muminoviçi (Kosova) məğlub edib.
Könül Əliyeva (48 kq) isə Amber Qersyesi (Niderland) üstələyib.
Qeyd edək ki, Avropa çempionatı aprelin 19-da başa çatacaq.
Azərbaycanın daha bir cüdoçusu Leyla Əliyeva (52 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında növbəti mərhələyə vəsiqə qazanıb.
"Sizinxeber.az"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, onun rəqibi Nikolina Nişaviç (Serbiya) 1/6 final görüşünə çıxmayıb.
Bu səbəbdən L.Əliyeva 1/8 finala yüksəlib.
Daha əvvəl Gültac Məmmədəliyeva da bu raunda vəsiqə qazanıb.
Qeyd edək ki, Avropa çempionatı aprelin 19-da başa çatacaq.
Azərbaycan cüdoçusu Gültac Məmmədəliyeva (52 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatına qələbə ilə start verib.
"Sizinxeber.az"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, idmançı 1/16 finalda Karla Tavares Fernandeşlə (Lüksemburq) üz-üzə gəlib.
Rəqibini məğlub edən Gültac Məmmədəliyeva növbəti raunda vəsiqə qazanıb.
Xatırladaq ki, bu gün Azərbaycanın 7 cüdoçusu tatamiyə çıxır. Avropa çempionatı aprelin 19-da başa çatacaq.
Oxşar xəbərlər
Turan Bayramov Avropa çempionatının 1/4 finalına yüksəlib - YENİLƏNİB-4
Avropa çempionatı: Azərbaycanın daha üç cüdoçusu ilk görüşdə qələbə qazanıb - YENİLƏNİB-3
Azərbaycanın daha iki cüdoçusu Avropa çempionatına qələbə ilə başlayıb - YENİLƏNİB-2
Azərbaycan cüdoçuları Tbilisidə Avropa çempionatında mübarizəyə başlayır
Azərbaycan cüdoçusu Gültac Məmmədəliyeva Avropa çempionatına qələbə ilə başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
AZAL-ın ilk yeni nəsil "Airbus A321neo" təyyarəsi Bakıya çatıb
