Tovuzda 71 nəfərin zəhərləndiyi məktəbdə yaranmış problem aradan qaldırılıb
sizinxeber.az xəbər saytı

Tovuzda 71 nəfərin zəhərləndiyi məktəbdə yaranmış problem aradan qaldırılıb


Tovuzda 71 nəfərin zəhərləndiyi məktəbdə yaranmış problem aradan qaldırılıb.

"Sizinxeber.az"un Qərb bürosunun məlumatına görə, Tovuz rayonu Aşağı Quşçu kəndi 1 nömrəli tam orta ümumtəhsil məktəbində tədris prosesi bərpa olunub.

Ötən gün sobalara baxış keçirilib, problem aradan qaldırılıb və istilik təmin olunub.

Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri səlahiyyətlərini icra edən, müdir müavini Anar Məcidov təhsil müəssisəsində olub davamiyyət və tədris prosesi ilə maraqlanıb.

"Hazırda təhsil sektorunun əməkdaşları da məktəbdədir. Vəziyyət nəzarətdə saxlanılır"-deyə Qazax-Tovuz Regional Təhsil İdarəsindən bildirilib.

Qeyd edək ki, ötən gün adı çəkilən məktəbdə yanacaq sobasından yaranmış tüstü səbəbdən 71 nəfər zəhərlənib. Onların içərisində 6 nəfər müəllim və məktəb çalışanları, digərləri şagirdlər olub.

Oxşar xəbərlər

Tovuzda 71 nəfərin tüstüdən zəhərləndiyi məktəbdə tədris prosesi bərpa olunub
Tovuzda məktəbdə şagirdlər zəhərlənib - YENİLƏNİB
Tovuzda məktəbdəki tüstülənməyə görə 55 nəfər xəstəxanaya çatdırılıb - YENİLƏNİB-2
Tovuzda məktəbdə baş verən hadisə nazirliyin nəzarətindədir - RƏSMİ
Tovuzda məktəbdəki tüstülənməyə görə 60 nəfər xəstəxanaya çatdırılıb - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər