Nazir: Milli Qəhrəman Natiq Qasımovun adını daşıyan məktəbdə onun büstü qoyulacaq
Düşünürəm ki, bu, burada oxuyan şagirdlər üçün, müəllimlər üçün böyük bir hadisədir.
APA xəbər verir ki, bunu bu gün Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun adına olan Mingəçevir şəhəri 4 nömrəli tam orta məktəbdə səfərdə olan elm və təhsil naziri Emin Əmrullayev deyib.
“Həm şəhidimizin ailə üzvləri ilə, həm də məktəb rəhbərliyi ilə birlikdə ən yaxın zamanda müvafiq qaydada qanunvericiliyin tələbinə uyğun olaraq şəhid Natiq Qasımovun xatirəsinin əbədiləşdirilməsi bu məktəbdə nəzərdə tutulub. Bilirsiniz ki, qanunvericiliyə görə həm müvafiq qaydada büstün qoyulması, həm də məktəbin həm girişi, həm sinif otaqları, həm də müxtəlif aidiyyəti hissələrində işlərin görülməsini planlaşdırırıq. Bu isə öz növbəsində şagirdlərin gələcəkdə məhz Natiq Qasımovun timsalında qəhrəmanlıq nümunəsində tərbiyə almasını və Azərbaycanın inkişafı üçün daha yaxşı hazırlanmasını təmin edəcək.”, - deyə nazir bildirib.
Oxşar xəbərlər
Nazir Milli Qəhrəman Natiq Qasımov adına Mingəçevir şəhər məktəbində olub
Milli Qəhrəman Natiq Qasımovun anası: Mənə ev verildiyinə görə Prezidentimizə təşəkkür edirəm
Milli Qəhrəman Natiq Qasımovun anası: Mənə ev verildiyinə görə Prezidentimizə təşəkkür edirəm - VİDEO
Azərbaycan Prezidenti: Ermənistan hələ də Natiq Qasımovun qalıqlarının yeri barədə məlumatları verməkdən imtina edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
I Böyük Qayıdış Proqramı nə vaxt yekunlaşacaq?
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
"Al Arabiya": ABŞ-İran danışıqlarının yeni mərhələsi iyunun əvvəlində baş tuta bilər
-
Kazemiro "Mançester Yunayted"dən ayrıldıqdan sonra "İnter Mayami"yə keçməyi planlaşdırır
