Prezident seçkilərində ilk dəfə səs verəcək tələbələrlə maarifləndirici seminarlar keçirilir » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
27 
dek
2023
19:13

Prezident seçkilərində ilk dəfə səs verəcək tələbələrlə maarifləndirici seminarlar keçirilir

27 dek, 2023
19:13
397

Prezident seçkilərində ilk dəfə səs verəcək tələbələrlə maarifləndirici seminarlar keçirilir

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı və Mərkəzi Seçki Komissiyasının (MSK) dəstəyi ilə 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezident seçkilərində ilk dəfə səs verəcək tələbələr üçün seçki hüququ ilə bağlı maarifləndirici seminarların keçirilməsinə başlanılıb.

"Sizinxeber.az" xəbər verir ki, tədbirdə əsas məqsəd seçki sistemi, seçicinin hüquq və vəzifələri barədə maarifləndirmə, habelə baş tutacaq seçkilərdə ilk dəfə seçici kimi iştirak edəcək tələbələrin məlumatlılıq səviyyəsinin və seçici fəallığının artırılmasıdır.

Mütəmadi təşkil olunacaq bu sessiyalara 27 dekabr tarixindən etibarən başlanılıb. Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Seçenov adına Moskva Tibb Universitetinin Bakı filialı və Azərbaycan Kooperasiya Universitetində keçirilən ilk məlumat sessiyalarında səsvermə hüququna malik yüzlərlə tələbə iştirak edib. MSK nümayəndələrinin iştirakı ilə reallaşan görüşlərdə gənclərə səsvermə proseduru, eləcə də seçki gününədək və seçkilər zamanı bilməli olduqları zəruri hüquqi məsələlər çatdırılıb, tələbələri maraqlandıran suallar cavablandırılıb.

Genişmiqyaslı maarifləndirmə proqramı çərçivəsində reallaşdırılan məlumat sessiyalarının ölkə üzrə fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrində davam etdirilməsi nəzərdə tutulub.

Bizimlə əlaqə saxlayın