04
avq
2024
14:00

yuxarı
Naxçıvanda jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçirilib

Naxçıvanda jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçirilib
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Naxçıvanda ali təhsil müəssisələrinə jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçirib.
"Report"un yerli bürosu xəbər verir ki, Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbdə keçirilən imtahanda, ümumilikdə 27 abituriyent iştirak edib. İmtahanın idarə olunmasına 1 rəhbər, 2 nəzarətçi ayrılıb.
İmtahan saat 10:00-da başlanıb və 2 saat 30 dəqiqə davam edib.