İyulda temperatur iqlim normasından 3,4 dərəcə yüksək olub
2024-cü ilin iyul ayının ötən günləri ərzində ölkə ərazisində orta aylıq temperatur iqlim normasından 3,4 dərəcə yüksək olub.
"Sizinxeber.az" xəbər verir ki bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.
O qeyd edib k, buna baxmayaraq çoxillik məlumatlarla müqayisədə rekord göstərici yenilənməyib.
“Ayrı-ayrı günlərdə hava şəraiti qeyri-sabit keçib, arabir yağış yağıb, şimşək çaxıb. Bölgələrdə 6-9 gün, Abşeron yarımadasında isə 4 gün yağıntılı keçib. Əksər bölgələrdə yağıntının miqdarı norma daxilində olub. İyul ayının ötən dövründə bölgələrdə şərq istiqamətli küləklər üstünlük təşkil edib”, - deyə o bildirib.
N.Mahmudovun sözlərinə görə, ayrı-ayrı günlərdə bəzi dağlıq və dağətəyi rayonlarda şərq küləyi qısa müddətə güclənib, bəzi günlərdə küləyin sürəti 15 m/s-dən çox olub.
Qeyd edək ki, gözlənilən küləkli hava şəraiti ilə bağlı öncədən əhaliyə, aidiyyəti qurumlara sarı və narıncı xəbərdarlıqlar verilib.
Oxşar xəbərlər
İyulda temperatur iqlim normasından 3.4 dərəcə yüksək olub
Bakıda yanvar sürprizi: Son 20 ilin rekordu təkrarlanacaq? - FOTO + AÇIQLAMA
Bir sıra ərazilərə leysan xarakterli yağış, Şahdağa qar yağıb – FAKTİKİ HAVA
Bölgələrdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb - FAKTİKİ HAVA
Dağlara qar yağıb, güclü külək əsib - FAKTİKİ HAVA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













