Direktor: Martda havanın temperaturunun 22 dərəcəyədək yüksəlməsi normaldır
Mart ayı üçün havanın temperaturunun 22 dərəcəyədək yüksəlməsi normaldır.
Bunu “Sizinxeber.az”a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar bürosunun direktoru Gülşad Məmmədova deyib.
Direktor xatırladıb ki, 2008-ci ildə Bakıda mart ayı üçün maksimal temperatur 31 dərəcə olub:
“2023-cü ildə isə havanın maksimal temperaturu 28 dərəcəyədək yüksəlib. Odur ki, indiki yüksək temperaturun müşahidə olunması normaldır”.
G.Məmmədova əlavə edib ki, yaxın günlərdə ölkə ərazisində müşahidə olunan hava şəraitində mühüm dəyişiklik gözlənilmir. Mülayim cənub qərb küləyinin üstünlüyü müşahidə olunacaq”.
Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən martın 8-i üçün ölkə ərazisində havanın temperaturu 22 dərəcəyədək isti olacaq.
Oxşar xəbərlər
Bölgələrin sabahkı hava şəraiti açıqlanıb
Fevralda havanın orta aylıq temperaturu bəzi yerlərdə iqlim normasından yüksək olacaq - AYLIQ PROQNOZ
Dekabrda orta aylıq temperatur iqlim normasına yaxın olacaq - AYLIQ PROQNOZ
Bəzi ərazilərdə yağıntının miqdarı normadan çox olacaq - Sentyabrın hava PROQNOZU
Sentyabr ayına olan hava proqnozu açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













