Sabaha gönlənilən hava proqnozu açıqlanıb
Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd edilib ki, şimal-şərq küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 5-8° isti, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 80-90 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2-6° isti, gündüz 6-10° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2°şaxtadan 3°-dək isti olacaq.
Oxşar xəbərlər
Sabah hava necə olacaq?
Sabah Bakıda 17, bölgələrdə isə 25 dərəcə isti olacaq
Sabah hava şəraiti dəyişkən buludlu olacaq, arabir yağış yağacaq
Sabah bəzi yerlərdə yağış və qar yağacaq
Sabah gündüz arabir yağış yağacaq - PROQNOZ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













