Od çərşənbəsində 88 min ağac əkilib
Novruz bayramının ikinci çərşənbəsi olan Od çərşənbəsində meşə fondu torpaqlarında bir gündə 88 015 ədəd müxtəlif növ ağac tingi əkilib.
Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov "Sizinxeber.az"a bildirib ki, bu gün Ağcabədi, İmişli, Beyləqan, Yevlax, Qəbələ, İsmayıllı, Qax, Balakən, Göygöl, Goranboy, Ağstafa, Sabirabad, Kürdəmir, Şabran, Quba, Yardımlı və Lerik rayonlarının meşə fondu ərazilərində ağacəkmə tədbirləri keçirilib.
Əkilən ağaclar Regional Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində yetişdirilib.
Xidmət rəisinin sözlərinə görə, meşəbərpa və ağacəkmə tədbirləri respublikanın bütün rayonlarını əhatə edir və hər bölgənin iqlim şəraitinə uyğun müxtəlif ağac tingləri əkilir, toxumlar səpilir.
Oxşar xəbərlər
Baş Prokurorluqda ekoloji hüquqpozmalarla bağlı cinayət işi başlanıb
Nazir və komitə sədrlərinin qəbuluna düşmək istəyən vətəndaşların NƏZƏRİNƏ: Cədvəl açıqlandı
FAKTİKİ HAVA - Bu ərazilərdə 7 dərəcə şaxta var
Bakıda və Abşeron yarımadasında sulu qar yağır
Deputat: Bəzi yerlərdə yüzlərlə ağac əkilib, amma yanıb kül olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













