Qışda Azərbaycanda havanın orta temperaturu çoxillik normaya yaxın olacaq
Qış fəslində Azərbaycanda havanın orta temperaturu çoxillik normaya yaxın olacaq.
Bu barədə "Sizinxeber.az"a Milli Hidrometrologiya Xidmətindən məlumat verilib.
Xidmətin rəisi Nazim Mahmudov bildirib ki, bu ilin qış fəslində Azərbaycanda havanın orta temperaturu çoxillik normaya yaxın olacaq:
“Fəsillik proqnozlara əsasən bu ilin qış fəslində Azərbaycanda havanın orta temperaturu çoxillik normaya yaxın olacaq. Yağıntının miqdarının da normaya yaxın, bəzi yerlərdə bir qədər az olacağı proqnozlaşdırılır”.
N.Mahmudovun sözlərinə görə, Azərbaycanda çoxillik meteoroloji məlumatların təhlili göstərir ki, qış fəslinin iqlim xüsusiyyətlərinə görə adətən yanvar və fevral aylarında ölkə ərazisi daha tez-tez soyuq arktik hava cərəyanlarının təsirinə məruz qalır:
"Buna görə də qış fəslinin nisbətən mülayim keçəcəyi gözlənilsə də, bəzi dövrlərdə hava şəraitinin şaxtalı və qarlı keçməsi istisna olunmur".
Oxşar xəbərlər
Xidmət rəisi: Azərbaycanda qışın bəzi dövrlərində havanın şaxtalı və qarlı keçməsi istisna olunmur
Sentyabrda Bakıda və Abşeronda havanın orta aylıq temperaturu 21-23 dərəcə olacaq
Sentyabr ayına olan hava proqnozu açıqlanıb
Sentyabrda Azərbaycanın rayonlarında gözlənilən hava proqnozu açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
