Azərbaycanda seçki günü 38 dərəcə isti olacaq » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
31 
avq
2024
12:00

Azərbaycanda seçki günü 38 dərəcə isti olacaq

31 avq, 2024
12:00
792

Azərbaycanda seçki günü 38 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 1-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən “Sizinxeber.az”a verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 33-38° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 33-38° isti, dağlarda gecə 12-17° isti, gündüz 21-26° isti olacaq.

Bizimlə əlaqə saxlayın