Azərbaycanın bir çox rayonlarında leysan yağır, şimşək çaxır » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
28 
iy
2024
16:30

Azərbaycanın bir çox rayonlarında leysan yağır, şimşək çaxır

28 iy, 2024
16:30
851

Azərbaycanın bir çox rayonlarında leysan yağır, şimşək çaxır

İyulun 28-i saat 16:00-a olan məlumata əsasən hazırda ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.

Milli Hidrometeorologiya Xidmətindən "Sizinxeber.az"a verilən xəbərə görə, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Goranboy, Gəncə, Şəmkir, Tovuz, Ağstafa, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qax, Quba, Qusar, Xınalıq, Qrız, Şahdağ, Bərdə, Tərtər, Göyçay, Şirvan, Yevlax, Mingəçevir, İmişli, Yarımlı, Lerik, Lənkəran, Astarada arabir leysan xarakterli yağış yağır, şimşək çaxır.

Qeyd olunub ki, şimal-qərb küləyi güclənərək sarı xəbərdarlığa uyğun olaraq Hacıqabulda 15 m/s, narıncı xəbərdarlığa uyğun olaraq isə Bakıda və Abşeron yarımadasında 21 m/s-yə çatıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 26, Naxçıvan MR-da 29, Aran rayonlarında 28, dağlıq rayonlarda isə 16 dərəcəyədək isti olub.

Bizimlə əlaqə saxlayın