Ölkədə müşahidə olunan qeyri-sabit hava iyulun 29-u axşamadək davam edəcək
sizinxeber.az xəbər saytı

Ölkədə müşahidə olunan qeyri-sabit hava iyulun 29-u axşamadək davam edəcək


Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir, bəzi bölgələrdə leysan xarakterli güclü yağış yağır.

Bu barədə "Sizinxeber.az"a Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, hazırda Gəncə-Qazax və Balakən-Şəki zonasında, eyni zamanda Şahdağ, Daşkəsən, Gədəbəy, Quba, Xaçmaz, Qrız, Qusar, Yardımlıda şimşək çaxır, leysan xarakterli yağış davam edir.

"Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti iyulun 29-u axşamadək davam edəcək".

Oxşar xəbərlər

Bəzi rayonlarda leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA
Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
Qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə arabir yağış yağıb - FAKTİKİ HAVA
Bakı və Abşeronda külək güclənib, bölgələrdə leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA - YENİLƏNİB
Bəzi yerlərə leysan yağıb - FAKTİKİ HAVA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər