“Yaşıl gələcək naminə” adlı yaşıllaşdırma aksiyası davam etdirilir
Prezident İlham Əliyev tərəfindən ölkəmizdə elan olunan “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən “Yaşıl gələcək naminə” adlı yaşıllaşdırma aksiyası davam etdirilir.
Bu barədə "Sizinxeber.az"a Komitədən məlumat verilib.
Bildirilib ki, iyulun 26-da Masallı rayonu ərazisində yerləşən dini ibadət yerlərinin ətrafında abadlıq və yaşıllaşdırma işləri aparılıb.
Aksiyada din xadimləri, dini icma üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, müxtəlif konfessiyalara mənsub dini icma üzvlərini ümummilli məsələ ətrafında birləşdirmək, ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların artırılmasına yönəltmək məqsədi daşıyan aksiya müxtəlif bölgələri əhatə etməklə cari ilin payız aylarına qədər davam edəcək.
Oxşar xəbərlər
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsini kim icra edəcək?
Gənclər Fondu “Yaşıl dünya naminə həmrəylik ili" ilə bağlı müsabiqə elan edəcək
Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edildi - SƏRƏNCAM
Dini təhsili olmayanlar məscidlərdən uzaqlaşdırılır
Bu komitə sədri də yola salındı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













