Abşeronun ən təhlükəli çimərlikləri - SİYAHI/VİDEO
sizinxeber.az xəbər saytı

Abşeronun ən təhlükəli çimərlikləri - SİYAHI/VİDEO




2024-cü ilin iyun və iyul ayları ərzində Bakı şəhəri üzrə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə suda boğulma hadisəsi ilə bağlı ümumilikdə 30 nəfərin müraciəti qeydə alınıb.
Suda boğulanlardan 27-si kişi, 3-ü qadın olub. Onlardan 11 nəfər xəstəxanaya təxliyə edilib, 6-na yerində yardım göstərilib. 13 nəfərin isə ölüm faktı qeydə alınıb.
Bəs bu qədər insanın dənizdə batmasının səbəbi nədir?

Baku TV bununla bağlı Fövqəladə Hallar Nazirliyinin müvafiq xidmətinə müraciət edərək, təhlükəli ərazilərin siyasını əldə edib.
“Şüvəlan qəsəbəsində “Mil-Qaya” və “Şimal Qres”, Nardaran qəsəbəsində “12-ci dalan”, “Yaxt klub”, “Estekada” deyilən ərazi, Nardaranla Bilgəh qəsəbəsi arasında yerləşən, el arasında “Rus çimərliyi” kimi tanınan və 10-a yaxın nəzarətsiz ərazi, eləcə də Goradil və Novxanı qəsəbələri arasındakı “Sarı Qaya”, Qaradağ rayonundakı “Mayak” deyilən ərazi xüsusi təhlükəli ərazilər kimi qiymətləndirilib”, – deyə qurumdan bildirilib.

“Şimal Qres” deyilən ərazidə keçirilən sorğu nəticəsində məlum olub ki, burada çimməyin qadağan olunduğu ilə bağlı sakinlərə xəbərdarlıq edilmir.

BAKU.WS
VİDEO

Oxşar xəbərlər

Çimərlik mövsümü başlayandan suda boğulma ilə bağlı 13 ölüm qeydə alınıb
Binəqədi rayonunda baş verən yanğında altı nəfər xəsarət alıb
Güclü külək səbəbindən üç nəfər xəsarət alıb: Birinin vəziyyəti ağırdır
TƏBİB Bakıdakı yanğınla bağlı məlumat yaydı
“Dərnəgül” bazarında güclü yanğın səbəbindən ölən var - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər