"Oleq Bakinski"nin məhkəməsi davam etdirilib
sizinxeber.az xəbər saytı

"Oleq Bakinski"nin məhkəməsi davam etdirilib


Azərbaycanda xuliqanlıqda ittiham olunaraq həbs edilən ukraynalı milyonçu, kriminal aləmdə “Oleq Bakinski” ləqəbi ilə tanınan Oleq Krapivin və Konstantin Kuçerin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkən şəxsin vəkili Samir İsayev bildirib ki, müdafiə etdiyi Valeriy Zaxarenkov hazırda ölkə xaricindədir və Azərbaycana gələ bilmir. Ona görə də tərəflər arasında barışıqla bağlı görüşlərdə iştirak etməyib. O, uyğun zamanda Azərbaycana gələcəyini deyib.

Daha sonra prosesdə Konstantin Kuçer sağlamlığı ilə bağlı prosesə qatılmağın çətin olduğunu, məhkəmənin onlayn formatda keçirilməsini xahiş edib.

Hakim bu məsələyə baxılacağını bildirib.

Məhkəmədə qeyd olunub ki, gələn prosesdə tərəflər arasında barışığın əldə olununb-olunmasmaından asılı olmayaraq, proses yekunlaşmaq üzrədir.

Proses mayın 16-da davam etdiriləcək.

Qeyd edək ki, “Oleq Bakinski” ötən il Bakıda Rusiya vətəndaşına qarşı xuliqanlıq etməkdə ittiham olunaraq polis tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü ( xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində həbs qətimkan tədbiri seçilib.

Daha sonra ona Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə də ittiham verilib.

Cinayət işi üzrə “Oleq Bakinski” ilə yanaşı, 2010-2011-ci illər ərzində Ukraynanın müdafiə sənayesi nazirinin aviasiya məsələləri üzrə müavini vəzifəsində çalışmış Konstantin Antonoviç Kuçer də təqsirli bilinir.

Zərərçəkən qismində "Aviazapchast" ASC, "Promyshlennye Postavki Kazakhstan" MMC və Zaxarenkov Valeriy Nikolayeviç tanınıb.

Oxşar xəbərlər

Məhkəmə "Oleq Bakinski"nin ev dustaqlığına buraxılması barədə vəsatətlə bağlı qərar verib
"Oleq Bakinski" və Ukraynanın sabiq nazir müavinin məhkəməsi davam etdirilib
“Oleq Bakinski”nin məhkəməsi davam etdirilib
Vəkil: Borcun ödənilməsi ilə bağlı danışıqlar uğurla keçərsə, barışıq əldə olunacaq - “Oleq Bakinski”nin məhkəməsi
Ukraynalı avtoritet "Oleq Bakinski"nin məhkəməsi başlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle