Suqovuşanda daha 53 ailəyə mənzillərin açarları təqdim olunub - YENİLƏNİB-1 - FOTO
Aprelin 5-də doğma yurduna yola salınan köç karvanı Ağdərə rayonunun Suqovuşan kəndinə çatıb.
Sizinxeber.az-nın yerli bürosu xəbər verir ki, bu mərhələdə köçürülən 174 nəfərdən ibarət 53 ailəyə mənzillərin açarları təqdim edilib.
Suqovuşana köçürülən ailələrə yeni tikilmiş fərdi yaşayış evlərində mənzillər verilib. Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.
Tədbirdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, torpaqlarına qayıdan keçmiş məcburi köçkünlərə xoşbəxt və firavan həyat arzulayıb. Burada əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradıldığı da sakinlərin nəzərinə çatdırılıb.
Suqovuşan kəndinə avtomobil yolları, elektrik, rabitə, su xətləri çəkilib. Kənd qaz təchizatı ilə təmin olunub. Kənddə yararsız vəziyyətdə olan 144 şagird yerlik tam orta məktəbin binasında da əsaslı təmir işləri aparılıb. Bundan əlavə, ümumi gücü 7,8 meqavat olan “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyaları yenidənqurmadan sonra istifadəyə verilib. Suqovuşan kəndinə ilk köç prosesi 20 ailəni əhatə edib. Kəndə köçlə bağlı, ümumilikdə, 180 ailə (591 nəfər) siyahıya alınıb.
Köç prosesi mərhələli şəkildə davam edəcək. Xatırladaq ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “Dəmir yumruq” əməliyyatını uğurla davam etdirən Azərbaycan Ordusu oktyabrın 3-də şimal cəbhəsində mühüm strateji əhəmiyyətə malik Suqovuşan və Talış kəndlərini işğaldan azad etdi. İşğaldan sonra kənddə böyük tikinti quruculuq işləri həyata keçirilib.
***
13:32
Ağdərə rayonunun Suqovuşan kəndinə yola salınan növbəti köç karvanı mənzil başına çatıb.
Sizinxeber.az-nın yerli bürosu xəbər verir ki, bu mərhələdə kəndə 53 ailə - 174 nəfər köçürülüb.
***
11:28
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Sizinxeber.az-nın yerli bürosu xəbər verir ki, bu gün Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb.
Ağdərə rayonunun yenidən qurulan Suqovuşan kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə kəndə 53 ailə - 174 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.
Oxşar xəbərlər
Növbəti köç karvanı Xocalının Ballıca kəndinə çatıb, mənzillərin açarları təqdim edilib - FOTO - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Növbəti köç karvanı Xocalının Ballıca kəndinə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB-1 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Növbəti köç karvanı Xocalının Ballıca kəndinə çatıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Növbəti köç karvanı Şuşa şəhərinə çatıb, mənzillərin açarları təqdim edilib - FOTO - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












