NİİM: Qarla bağlı yollarda ciddi problemlər yaranmayıb
sizinxeber.az xəbər saytı

NİİM: Qarla bağlı yollarda ciddi problemlər yaranmayıb


Qarlı hava şəraiti paytaxt yollarında nəqliyyatın hərəkətində ciddi problemlər yaratmayıb.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Qeyd edilib ki, NİİM-in müşahidə kamerlarının təsir zonasında yol-nəqliyyat hadisələrinin baş verməsi, texniki nasaz avtomobillərin yolda qalması müşahidə edilməyib. "Gecə saatlarında Zığ dairəsi- Hava limanı yolunda, Heydər Əliyev prospektində, Mərdəkan şosesi və Buzovna-Zağulba yolunda buzlaşma olduğundan sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə sürət həddi endirilib, müvafiq olaraq bütün tablolarda “ buzlu yol” işarəsi qoyulub. Bununla yanaşı, təhlükəsizliyi təmin etmək, baş verə biləcək qəzaların, texniki nasaz avtomobillərin yolda qalması səbəbindən yaranan nəqliyyat sıxlığını vaxtında aradan qaldırmaq üçün yol polisinə mütəmadi məlumatlar ötürülür".

Oxşar xəbərlər

Zığ dairəsi-Hava limanı yolunda zolaqlar üzrə sürət həddi endirilib
Heydər Əliyev prospektindən başqa digər yollarda sürət həddi artırılıb
Paytaxtın bir sıra yollarında sürət həddi endirilib
Bakının bəzi yollarında sürət həddi endirilib
Bakıda sıxlıq olan yollar açıqlanıb- SİYAHI - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle