RİNN: “Facebook” və “Instagram”da problem lokal deyil - YENİLƏNİB-1
"Meta" şirkətinə məxsus "Facebook", "Instagram" kimi beynəlxalq platformalara daxil olmada problem yaşanır.
APA xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.
Bildirilir ki, problem lokal deyil, qlobal xarakter daşıyır. Şirkət hələlik problemlə bağlı rəsmi məlumat yaymayıb.
***
Saat 20:32
Məlumat üçün bildiririk ki, hazırda “Facebook”və “Instagram” sosial şəbəkələrində problem yaranıb. Sözügedən problem qlobal xarakter daşıyır və hələki problemin əsas səbəbi barədə xidmət təchizatçılarından açıqlama verilməyib.
APA xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, problem lokal xarakter daşımadığından hesablarına daxil olmaqda çətinlik çəkən səhifə sahiblərinin və vətəndaşların narahatlığına heç bir əsas yoxdur.
Qeyd edək ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən dövlət qurumlarının elektron hesabları daimi monitorinq və nəzarət altında saxlanılır.
***
Saat 19:38
“Facebook” və “İnstagram”da qlobal problem yaranıb.
APA xəbər verir ki, sosial şəbəkə istifadəçilərinin hesablara girişi bloklanıb. Avtomatik hesabdan çıxış müşahidə olunur, yenidən hesaba giriş isə mümkün olmur.
Oxşar xəbərlər
Sosial şəbəkələrdəki problemin əsas səbəbi açıqlanıb
Deputat: Bakıətrafı kəndlərdə kanalizasiya sistemində ciddi problem var
NASA-nın Aya endirdiyi kosmik gəmi aşıb
Daşkəsəndə biomüxtəlifliyin qorunması məqsədilə ekoloji aksiya keçirilib
Vaşinqtonda Azərbaycan-ABŞ enerji münasibətləri müzakirə edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
İradə İmanbəyliyə vəzifə verildi












