Heydər Əliyev Fondunun dəstəyi ilə Ruanda məktəbi içməli su ilə təchiz olunub - FOTO
Heydər Əliyev Fondu əksər Afrika ölkələri üçün bir nömrəli problem olan içməli su ilə təchizat məsələsinə öz töhfəsini verib.
Sizinxeber.az xəbər verir ki, Fondun “Afrika ölkələrində təhsil və mədəniyyətin inkişafı” layihəsi çərçivəsində Ruandanın şərq əyalətinin administrativ mərkəzi Rvamaqana şəhər məktəbi içməli su ilə təchiz edilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Ruandaya səfəri zamanı Rvamaqana şəhər məktəbində olub.
Qeyd olunub ki, məktəb binasının yerləşdiyi ərazidə Heydər Əliyev Fondunun dəstəyi ilə su quyusu qazılaraq saatda 3 tona yaxın içməli suyun verilməsi təmin edilib. Bundan əvvəl sakinlər tələbatlarını təmin etmək üçün yağış suyundan asılı vəziyyətdə olublar.
Məktəblə tanışlıq zamanı şagirdlər Azərbaycan haqqında daha geniş məlumat əldə edib, ölkəmizin ənənəvi təamlarından dadıblar.
Oxşar xəbərlər
Heydər Əliyev Fondu “Afrika ölkələrində təhsil və mədəniyyətin inkişafı” layihəsini həyata keçirir
Heydər Əliyev Fondunun dəstəyi ilə Ruanda məktəbi içməli su ilə təchiz olunub
Leyla Əliyeva Mərakeşdə Uşaq Hüquqları üzrə Milli Observatoriyanın vitse-prezidenti ilə görüşüb
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Lerikdə ağacəkmə aksiyasında iştirak edib - FOTO
Heydər Əliyev Fondu tərəfindən Ağstafanın Zəlimxan kəndində yeni məktəb binası inşa edilib - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
Ankarada terrorla mübarizə çərçivəsində 209 nəfər saxlanılıb
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
Prezidentin köməkçisi: "İcra hakimiyyətləri qarşısında yeni vəzifələr müəyyən edilib"
