NATO Baş katibi: Gürcüstanda baş verənlərdən narahatıq
Biz Gürcüstanı Avro-Atlantik inteqrasiya yoluna qayıtmağa çağırırıq.
Sizinxeber.az-nın Tbilisi müxbiri xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte Rusiyanın Gürcüstan və Moldovada keçirilən seçkilərə mümkün müdaxiləsi ilə bağlı sualı cavablandırarkən bildirib.
“Əlbəttə, biz NATO ölkələrinin seçkilərinə istənilən müdaxiləni pisləyirik. Moldovada baş verənlərdən narahatıq, nəticə bizi qane edir, amma müdaxilənin olduğu aydındır. Eyni zamanda, Moldova hakimiyyəti seçkiləri öz demokratik prinsiplərinə uyğun keçirə bildi.
Gürcüstana gəlincə, əlbəttə ki, biz Gürcüstanın özündə baş verənlərdən narahatıq. Hadisələri izləyirik. Biz Gürcüstanı Avropa İttifaqı və NATO ilə Avro-Atlantik inteqrasiya yoluna qayıtmağa çağırırıq. Biz həqiqətən də baş verənlərdən narahatıq və hadisələri izləyirik. Kiminsə seçkilərə müdaxiləsinə gəlincə, bu, qəbuledilməzdir” - deyə baş katib bildirib.
Oxşar xəbərlər
NATO Baş katibi Gürcüstan hökumətinə çağırış edib
NATO Baş katibi Almaniyada səfərdədir
NATO gələn həftədən nüvə təlimlərinə başlayır
NATO-nun baş katibi Fransada Makronla görüşəcək
Mark Rütte: Rusiyanın destruktiv addımlarının qarşısının alınması NATO-nun prioritetlərindəndir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu ailələrə aylıq sosial ödəniş edilir -Rəsmi AÇIQLAMA
-
İsrail Livandakı Bofor qalasını "təhlükəsizlik zonası"nın bir hissəsi kimi saxlayacaq
-
Konqoda Ebola ilə bağlı vəziyyət narahatedici hesab olunur
-
Putin ölümsüzlüyə hazırlaşır: 26 milyardlıq layihə...
-
Bakıda ilk ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək
-
ABŞ səmasında dəhşətli partlayış: 300 ton trotil...
