Mülki müdafiə alayı və Xüsusi Riskli Xilasetmə Xidməti taktiki-xüsusi təlim keçirib
Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə alayı və Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxs heyətinin iştirakı ilə keçirilən təlimin məqsədi xilasedicilərin peşəkarlığının artırılması, axtarış-xilasetmə qayda və üsullarını məşq etdirməkdən ibarət olub.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, təlimin planına uyğun olaraq “112” qaynar telefon xəttinə şərti olaraq “zəlzələ baş verməsi, köhnə tikililərin və kommunikasiya xətlərinin dağıntılara və digər fəsadlara məruz qalması barədə” məlumat daxil olub.
“Məlumat”la əlaqədar müvafiq xilasetmə qüvvələri dərhal hazırlıq vəziyyətinə gətirilərək “hadisə zonasına yürüşü” təşkil edilib, həyata keçirilən operativ tədbirlər sayəsində “həyati təhlükə ilə üzləşmiş vətəndaşlar” xilas ediliblər. Təlimdə idarəetmə və qarşılıqlı fəaliyyət təşkil olunub, mühəndis kəşfiyyatı aparılıb, obyektlərdə baş verən “yanğınlar” söndürülüb, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılıb, kimyəvi zəhərlənmə ocaqlarında fəaliyyət aparılıb, zərərçəkənlərə “ilk tibbi yardım” göstərilib və təxliyyəsi həyata keçirilib.
Təlim zamanı diqqət əməkdaşların baş verən fövqəladə hal zamanı vəziyyətin çevik təhlili, operativ qərarvermə, qəza-xilasetmə qüvvələrinin koordinasiyası və tətbiqi üzrə təcrübələrinin təkmilləşdirilməsinə yönəldilib.
Uğurla keçirilən təlimdən sonra nəticələr müzakirə edilib, müvafiq tapşırıqlar verilib.
Oxşar xəbərlər
Nахçıvаn Bеynəlхаlq Hаvа Limаnında xüsusi təlim keçirilib
Nəqliyyat qəzalarında xilasetmə əməliyyatları ilə bağlı təlim keçirilib - VİDEO
FHN Gəncə Müalicə Diaqnostika Mərkəzində təlim keçirib - VİDEO
FHN metroda təlim keçirib - VİDEO
FHN metronun “Koroğlu” stansiyasında təlim keçirib - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
I Böyük Qayıdış Proqramı nə vaxt yekunlaşacaq?
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
"Al Arabiya": ABŞ-İran danışıqlarının yeni mərhələsi iyunun əvvəlində baş tuta bilər
-
Kazemiro "Mançester Yunayted"dən ayrıldıqdan sonra "İnter Mayami"yə keçməyi planlaşdırır
