Bu gün Bakının 10 rayonu və Abşerona içməli suyun verilib-verilməyəcəyi bilinmir - AÇIQLAMA
sizinxeber.az xəbər saytı

Bu gün Bakının 10 rayonu və Abşerona içməli suyun verilib-verilməyəcəyi bilinmir - AÇIQLAMA




Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza ilə bağlı artıq üçüncü gündür ki, Bakının 10 rayonunda və Abşeronda içməli suyun verilməsində fasilə yaranıb.

BAKU.WS xəbər verir ki, Oxu.az-ın yazdığına görə, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin rəsmi məlumatında bildirilirdi ki, avqustun 19-u səhər başladılan təmir-bərpa işləri avqustun 20-si axşam saatlarında yekunlaşacaq və avqustun 21-dən suyun əvvəlki rejimlə verilməsi təmin olunacaq.

Bu gün paytaxtda içməli suyun əvvəlki rejimlə verilməsinin təmin olunub-olunmayacağı ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanladıq.

Xidmətin mətbuat katibi Ceyhun Musaoğlu Oxu.Az-ın sorğusuna cavab olaraq bildirdi ki, suyun bu gün verilib-verilməyəcəyi hələ ki dəqiq deyil:

 "Dəqiq məlum deyil. Hadisə yerində intensiv, sürətli, fasiləsiz təmir işləri aparılır". 

BAKU.WS

Oxşar xəbərlər

Bakının 8 rayonu və Abşeronda iki gün su olmayacaq
Oğuz-Qəbələ-Bakı su kəmərində qəza ilə bağlı Bakıya suyun verilməsində yenidən iki gün fasilə yaranacaq
Sabah Bakıda içməli su təchizatı tam bərpa ediləcək
Əhalinin NƏZƏRİNƏ! - Bu rayonlarda SU OLMAYACAQ
Bakıya içməli suyun verilməsi sabah tam bərpa ediləcək - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər