ANAMA sədri: "Vətən müharibəsindən indiyədək 377 nəfər minaların qurbanı olub"
"Vətən müharibəsi bitdiyi gündən indiyə qədər 377 nəfər minaların qurbanı olub".
BAKU.WS xəbər verir ki, bu sözləri "Report"un Cəbrayıl rayonuna ezam olunmuş əməkdaşına Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.
O bildirib ki, bu gün Minalardan və Partlamamış Hərbi Sursatlardan Təmizləmə üzrə İşçi qrupunun səyyar iclası Laçın şəhərində baş tutacaq:
"Laçına gedərkən əməliyyat sahələrinə baş çəkdik. Hazırda Cəbrayıl rayonunun Sarıcallı kəndi ərazisində aparılan təmizləmə əməliyyatları ilə tanış oluruq. Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən işçi qrupu mütəmadi olaraq belə səyyar toplantılar keçirir".
Sədr təəssüflə qeyd edib ki, mina qurbanlarının sayı artır:
"Dinamika aşağı düşsə də, yenə hadisələr baş verir. Müharibə bitdiyi gündən indiyə qədər bu partlayışlar nəticəsində 69 nəfər həlak olub, 377 nəfər minaların qurbanı olub".
Oxşar xəbərlər
ANAMA sədri: Vətən müharibəsindən indiyədək 377 nəfər minaların qurbanı olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
ANAMA sədri: İndiyədək 156 min hektara yaxın ərazi minadan təmizlənib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cəbrayıl rayonunda altı ay ərzində 208 min 790 kvadratmetr ərazi itlə təmizlənib [xfgiven_updateblue][/xfgiven_updateblue]
XİN: 2020-ci il müharibəsinin bitməsindən indiyədək mina qurbanlarının ümumi sayı 341 nəfərə çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Beynəlxalq səyyahlar Füzulidə minaların zərərsizləşdirilməsi prossesini izləyib - FOTO - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












