Vətəndaşların "BakıKart"dakı hesabları, oradakı vəsaitləri silinib?
Azərbaycan vətəndaşlarının “BakıKart” mobil tətbiqində hesabları və oradakı vəsaitləri silinməyib.
Sizinxeber.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
"Yaranmış texniki nasazlığın aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Sərnişinlərdən ictimai nəqliyyatda ödəniş üçün müvəqqəti olaraq “BakıKart” kartlarından və mövcud digər alternativlərdən istifadə etməyi xahiş edirik. Mobil tətbiqin işi bərpa olunduqdan sonra vətəndaşlar hesablarındakı vəsaitdən istifadə edə biləcəklər",- deyə məlumatda qeyd edilib.
“BakıKart” mobil tətbiqi avqustun 9-dan işləmir.
Oxşar xəbərlər
AYNA: Vətəndaşların “BakıKart”dakı hesabları, oradakı vəsaitləri silinməyib
"BakıKart" tətbiqində yaranan problemlə bağlı
AYNA-dan “BakıKart” tətbiqində yaranan texniki nasazlıq barədə - Açıqlama
AYNA-dan “BakıKart” tətbiqində yaranan texniki nasazlıq barədə açıqlama
“BakıKart” mobil tətbiqinin işində problem yaranıb - ŞİKAYƏT/FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Erkən pensiya hüququ və məbləğdə artım - Prosedur necədir?
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












