Bakıda moped sürücüsünün öldüyü qəzaya aydınlıq gətirilib  - VİDEO
sizinxeber.az xəbər saytı

Bakıda moped sürücüsünün öldüyü qəzaya aydınlıq gətirilib - VİDEO


Avqustun 1-də saat 04:30 radələrində paytaxtın Xətai rayonunda mopedlə Hunday markalı avtomobilin toqquşması nəticəsində ölüm hadisəsi baş verib.

APA xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən bildirilib ki, ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən moped oğurluqlarına qarşı keçirilən tədbirlər çərçivəsində dövlət qeydiyyat nişanı olmayan, təhlükəli manevrlər edən mopedə “saxla” işarəsi verilib. “Saxla” işarəsinə məhəl qoymayan moped sürücüsü hərəkətini davam etdirərək Hunday markalı avtomobilə çırpılıb.

Hadisə nəticəsində mopedin sürücüsü paytaxt sakini N.Mirzəyev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Bakıda moped sürücüsünün öldüyü qəzaya aydınlıq gətirilib
Bakıda moped qəzasına aydınlıq gətirildi - VİDEO
Samuxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb
DYP: Güclü külək yollarda qəza riskini artırır
Xaçmazda “Mercedes” mopedi vurub, sürücü ölüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər