Vətəndaşlar polis rəislərinə birbaşa müraciət edə biləcəklər - VİDEO
Vətəndaşlar qarşılaşdıqları məsələlərlə bağlı təşəkkür, təklif və ya şikayətlərini Daxili İşlər Nazirliyinin “102” Xidməti Zəng mərkəzi, internet saytı, sosial şəbəkələrdəki rəsmi səhifələri ilə yanaşı artıq polis orqanlarının rəhbərlərinə də birbaşa ünvanlaya bilərlər.
DİN-in Mətbuat Xidmətindən APA-ya bildirilib ki, bunun üçün respublikanın bütün şəhər və rayonlarda yerləşən polis idarə, şöbə və bölmələrinin rəislərinin qəbuluna onlayn yazılaraq görüş vaxtını təyin etmək kifayətdir.
Qəbuldan sonra müraciət edən şəxsin ərizəsi dərhal Nazirlik tərəfindən nəzarətə götürülür, problemin ən qısa zamanda həlli üçün zəruri tapşırıqlar verilir və nəticəsi barədə vətəndaş mütləq qaydada məlumatlandırılır.
Qəbula isə çox rahat şəkildə, “E-polis” mobil tətbiqi vasitəsilə onlayn qaydada yazılmaq mümkündür.
Vətəndaş-polis münasibətlərində keyfiyyətcə yeni mərhələnin əsasını qoyan birbaşa qəbul prosesi müraciətlərin daha operativ, obyektiv və həssaslıqla araşdırılmasına yönəlib. Əsas məqsəd isə vətəndaş məmnunluğunu ən yüksək səviyyəyə çatdırmaq, göstərilən xidmətlərin keyfiyyətini günbəgün artırmaq, şəffaflıq və əlçatanlığı təmin etməkdir.
Oxşar xəbərlər
Vətəndaşlar polis rəislərinə birbaşa müraciət edə biləcəklər [xfgiven_updateblue][/xfgiven_updateblue]
DİN: Vətəndaşlar artıq şikayətlərini polis orqanlarının rəhbərlərinə birbaşa ünvanlaya bilərlər [xfgiven_updateblue][/xfgiven_updateblue]
DİN: Onlayn qəbula yazılaraq ərazi polis rəislərinə birbaşa müraciət etmək olar - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sürücülük vəsiqəsini onlayn yeniləmək mümkün olacaq - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
DİN: “E-Polis” tətbiqi ilə dövlət rüsumlarını daha rahat ödəmək mümkündür [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













