Vətəndaşlar polis rəislərinə birbaşa müraciət edə biləcəklər
sizinxeber.az xəbər saytı

Vətəndaşlar polis rəislərinə birbaşa müraciət edə biləcəklər


Vətəndaşlar qarşılaşdıqları məsələlərlə bağlı təşəkkür, təklif və ya şikayətlərini Daxili İşlər Nazirliyinin “102” Xidməti Zəng mərkəzi, internet saytı, sosial şəbəkələrdəki rəsmi səhifələri ilə yanaşı artıq polis orqanlarının rəhbərlərinə də birbaşa ünvanlaya bilərlər.

DİN-in Mətbuat Xidmətindən Sizinxeber.az-ya bildirilib ki, bunun üçün respublikanın bütün şəhər və rayonlarda yerləşən polis idarə, şöbə və bölmələrinin rəislərinin qəbuluna onlayn yazılaraq görüş vaxtını təyin etmək kifayətdir.

Qəbuldan sonra müraciət edən şəxsin ərizəsi dərhal Nazirlik tərəfindən nəzarətə götürülür, problemin ən qısa zamanda həlli üçün zəruri tapşırıqlar verilir və nəticəsi barədə vətəndaş mütləq qaydada məlumatlandırılır.

Qəbula isə çox rahat şəkildə, “E-polis” mobil tətbiqi vasitəsilə onlayn qaydada yazılmaq mümkündür.

Vətəndaş-polis münasibətlərində keyfiyyətcə yeni mərhələnin əsasını qoyan birbaşa qəbul prosesi müraciətlərin daha operativ, obyektiv və həssaslıqla araşdırılmasına yönəlib. Əsas məqsəd isə vətəndaş məmnunluğunu ən yüksək səviyyəyə çatdırmaq, göstərilən xidmətlərin keyfiyyətini günbəgün artırmaq, şəffaflıq və əlçatanlığı təmin etməkdir.

Oxşar xəbərlər

DİN: Vətəndaşlar artıq şikayətlərini polis orqanlarının rəhbərlərinə birbaşa ünvanlaya bilərlər
DİN: Onlayn qəbula yazılaraq ərazi polis rəislərinə birbaşa müraciət etmək olar - VİDEO
Sürücülük vəsiqəsini onlayn yeniləmək mümkün olacaq - VİDEO
DİN: “E-Polis” tətbiqi ilə dövlət rüsumlarını daha rahat ödəmək mümkündür
Vilayət Eyvazov Gəncədə qəbul keçirəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər