Fəaliyyətini qanunsuz bərpa etmiş yanacaqdoldurma məntəqələri yenidən bağlanıb - VİDEO
Fövqəladə Hallar Nazirliyi fəaliyyətini qanunsuz bərpa etmiş yanacaqdoldurma məntəqələrinin istismarını yenidən dayandırıb.
FHN-nin Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri daxilində zəruri tədbirlərin görülməsini davam etdirir.
Bu çərçivədə, Tovuz rayonunun Qəribli, Alakol, Düz Qırıqlı, Hunanlar, Yuxarı Öysüzlü, Abulbəyli və Çatak Pələkli kəndlərində yerləşən “Valeh” MMC-yə məxsus və fəaliyyətləri aşkar olunmuş nöqsanlara görə ötən ilin avqust ayında Agentlik tərəfindən dayandırılmış yanacaqdoldurma məntəqələrinin həmin nöqsanlar aradan qaldırılmadan qeyri-qanuni olaraq fəaliyyətlərini bərpa etdiyi müəyyən olunub.
Agentliyin əməkdaşları tərəfindən görülmüş müvafiq tədbirlərlə ciddi pozuntuların aşkar olunduğu və hələ də aradan qaldırılmadığı yanacaqdoldurma məntəqələrinin fəaliyyəti yenidən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktların nüsxəsi sahibkara təqdim edilib.
Oxşar xəbərlər
FHN Tovuzda yanacaqdoldurma məntəqələrinin istismarını dayandırıb - FOTO - VİDEO
FHN Gəncədə bəzi attraksionların istismarını dayandırıb
Bərdədə yüksaxlama anbarının istismarı dayandırılıb - VİDEO
Tovuzda maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb - VİDEO
Göygöldə təhlükəsizlik qaydalarını pozan obyektin fəaliyyəti məhdudlaşdırılıb - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













