Xaçmazda çaqqalların hücum etdiyi yaralılar ambulator müalicə üçün evə buraxılıb - YENİLƏNİB
08.08.2025–ci il saat 22:30 radələrində çaqqal dişləməsi səbəbilə xəsarət alan 3 nəfər (2-si kişi, 1-i qadın cinsi olmaqla) Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Sizinxeber.az-ya TƏBİB-dən məlumat verilib
1956 (kişi cincli) və 1971-ci il (biri qadın, biri kişi cinsli) təvəllüdlü şəxslərə boyunun, sağ əlin və sağ saidin dişlənmiş yaraları diaqnozu təyin olunub.
Hər birinə zəruri tibbi yardım göstərilib və quduzluq əleyhinə peyvənd vurulub.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilən hər üç şəxs ambulator müalicə üçün evə buraxılıb.
***
10:05
Xaçmaz rayonunun fındıq toplayan 3 nəfər çaqqalların hücumuna məruz qalıb.
Sizinxeber.az-nın Şimal bürosu xəbər verir ki, hadisə Əhməd-oba kəndində həyətyanı sahədə baş verib.
Xəsarət alan şəxslər, 69 yaşlı V.Məmmədəliyeva, 54 yaşlı İ.Hacıyev və 54 yaşlı X.Quliyeva Xaçmaz rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.
Onlara tibbi yardım göstərilib, quduzluq əleyhinə vaksin vurulub.
Oxşar xəbərlər
Cəlilabadda çaqqal kənd sakinlərinə hücum edib - YENİLƏNİB
Sumqayıtda it dişləməsi diaqnozu ilə 6 nəfər hospitalizasiya olunub
Qubada sahibsiz itlər 3 nəfərə hücum edib - YENİLƏNİB
Sumqayıtda fabrikdə zəhərlənənlərin sayı 21-ə çatıb - YENİLƏNİB
Yevlaxda qəzada xəsarət alan 6 nəfərin vəziyyəti açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













