Azərbaycanın bəzi rayonlarında leysan yağacaq, dolu düşəcək - PROQNOZ
sizinxeber.az xəbər saytı

Azərbaycanın bəzi rayonlarında leysan yağacaq, dolu düşəcək - PROQNOZ


Avqustun 11-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sizinxeber.az-ya verilən xəbərə görə, əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Səhər yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 22-25, gündüz 29-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 40-45 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Axşam əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 32-36, dağlarda gecə 12-17, gündüz 20-25 dərəcə isti olacaq.

Oxşar xəbərlər

Azərbaycanın bəzi rayonlarında leysan yağacaq, şimşək çaxacaq dolu düşəcək - PROQNOZ
Sabah yağış yağacaq, rayonlarda dolu düşəcək - PROQNOZ
Bazar günü bəzi yerlərdə yağış yağacaq, dolu düşəcək
Sabah leysan yağacaq, dolu düşəcək - PROQNOZ
Sabah yağış yağacaq, dolu düşəcək - PROQNOZ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər