“ASAN xidmət” mərkəzlərində şəxsiyyət vəsiqəsiylə seçici statusu elektron qaydada müəyyənləşdiriləcək - VİDEO
2024-cü il sentyabrın 1-də keçiriləcək Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə vətəndaşların səsvermə hüquqlarının daha səmərəli təmin edilməsi üçün “ASAN xidmət” mərkəzlərində mütərəqqi və effektiv bir vasitənin tətbiqi davam etdirilir.
Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən Sizinxeber.az-ya verilən xəbərə görə, İnnovativ həll Mərkəzi Seçki Komissiyası və “ASAN xidmət”in birgə layihəsi çərçivəsində həyata keçirilir.
Vətəndaşlar Mərkəzlərdə olan “ASAN növbə” terminallarındakı “Seçici statusunu yoxla” adlı funksional bölmədə şəxsiyyət vəsiqələrini oxudaraq öz adlarını seçici siyahılarında yoxlaya, habelə aid olduqları seçki dairəsi və məntəqəsini müəyyənləşdirə bilərlər.
Məlumatlar sistemdə əks olunmadığı təqdirdə, açılan yeni ekranda əlaqə məlumatları daxil edilməklə yerindəcə Mərkəzi Seçki Komissiyasına müraciət etmək imkanı da təmin olunur.
Gün ərzində “ASAN xidmət”ə 40000-ə yaxın vətəndaş müraciəti daxil olur və vətəndaşlarımız növbə götürərərkən eyni vaxtda bu sistemdən istifadə etməklə harada səs verməli olduqlarını operativ şəkildə dəqiqləşdirə bilərlər.
Oxşar xəbərlər
Seçicilər səs verəcəkləri məntəqələri "ASAN xidmət"də öyrənə biləcəklər
Milli Məclisə seçkilərlə əlaqədar “Polis əməkdaşları üçün yaddaş kitabçası” hazırlanıb
Milli Məclisə seçkilərlə əlaqədar MSK və DİN birgə layihəyə start verib
XI Qlobal Bakı Forumu başa çatıb
Zurabişvili hakim partiyanı “gürcü kabusu” adlandırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













