Azərbaycanda uşaqlar arasında yeni xəstəlik yayılıb
sizinxeber.az xəbər saytı

Azərbaycanda uşaqlar arasında yeni xəstəlik yayılıb




Çimərlik mövsümü başlayandan uşaqlar arasında halsızlıq, qızdırma, qusma və ishal kimi hallarla müşahidə edilən rotavirusa yoluxma geniş yayılıb.

Mövzu ilə bağlı "Xəzər Xəbər"ə danışan həkim Aytən Ziyadovanın sözlərinə görə, rotavirus bağırsaq infeksiyasıdır və bu virusa yoluxma şəxsi gigiyena qaydalarına riayət etmədikdə baş verir.

Rotavirus infeksiyası özünü bir neçə formada biruzə verə bilər. Məsələn, bir neçə gün ərzində qusma, 3-7 gün ərzində ishal, qarında ağrılar, bədən temperaturunun qalxması, kəskin respirator virus infeksiyası simptomları, zəiflik, baş gicəllənməsi bu virusun əlamətidir.

Həkim onu da qeyd edib ki, virusa qarşı istifadə edilə biləcək antibiotik və ya antiviral müalicə yoxdur. Məqsəd su və elektrolit itirilməsinin qarşısını almaqdır. Müalicə simptomların aradan qaldırılmasına əsaslanır.

Sizinxeber.az
VİDEO

Oxşar xəbərlər

DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
Kiprdə COVİD-ə yoluxma hallarında artım qeydə alınıb
Uşaqlar arasında viruslar niyə geniş YAYILIB? – İnfeksionistdən valideynlərə ÇAĞIRIŞ
Azərbaycanda qızılcaya yoluxma sayı artır – Rəsmi
Soyuqdəymə, qrip, yoxsa təzə kovid – Şəhərdə yayılan xəstəlik nədir?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle