Ordubadda xaraba Gilan şəhərinin yerində baş qala qapısı aşkar olunub - FOTO
sizinxeber.az xəbər saytı

Ordubadda xaraba Gilan şəhərinin yerində baş qala qapısı aşkar olunub - FOTO


Ordubad rayonu ərazisində Xaraba Gilan şəhər yerində aparılan arxeoloji qazıntılar zamanı Naxçıvanın orta əsrlər dövrünə aid maddi mədəniyyət nümunələri aşkar edilib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Antik və orta əsrlər arxeologiyası şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Toğrul Xəlilovun rəhbərlik etdiyi ekspedisiya iyunun 2-dən arxeoloji qazıntılara başlayıb. Tədqiqat zamanı abidənin içəri şəhər hissəsinə və Narınqalaya gedən yolları aşkar olunub.

Müəyyən olunub ki, yolun eni 2 m 35 sm-dir. Yolun giriş hissəsində üzəri gəclə suvanmış arko formalı tikili də tapılıb. Eyni zamanda, yolun divarlarının gəclə suvandığı müəyyən edilib. Araşdırmalar zamanı yarımdairəvi tikililərə rast gəlinib. Bu tikililər abidənin özünəməxsus memarlıq üslubunda tikildiyini sübut edir.

Yarımdairəvi tikilinin uzunluğu 8 m-ə yaxın, hündürlüyü isə 1 m 50 sm-dir.

Abidədə aparılan tədqiqat zamanı dördkünc planlı tikili qalıqları və otaqlar da aşkar olunub. Tikili qalıqların öyrənilməsi zamanı məlum olub ki, abidə XII-XIII əsrlərdə dağıntıya məruz qalıb, sonradan bəzi hissələri çiy kərpiclə bərpa edilib.

Qazıntılar zamanı orta əsrlər dövrünə aid şirli və şirsiz keramika məmulatları, heyvan sümüyünün qalıqları, 1 ədəd mis sikkə, znqov formalı metal əşya və s. aşkar olunub. Bu maddi mədəniyyət nümunələri insanların burada uzun müddət yaşadığını sübut edir.

Oxşar xəbərlər

Xaraba Gilan şəhər yerində orta əsrlərə aid baş qala qapısı aşkar olunub
Xaraba Gilan şəhər yerində xilasetmə-tədqiqat işlərinə baxış keçirilib
Naxçıvanda arxeoloji qazıntı aparılıb, 10 nəfərə yaxın insanın qalıqları aşkarlanıb
Astarada arxeoloji qazıntılar nəticəsində XIV əsrə aid memarlıq elementləri aşkarlanıb
Naxçıvanda Ubeyd mədəniyyətinə aid maddi nümunələr aşkarlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər