Hikmət Hacıyev: Dünyada baş verənlərə geniş məcrada yanaşsaq, Cənubi Qafqaz ən stabil regionlardan biridir
sizinxeber.az xəbər saytı

Hikmət Hacıyev: Dünyada baş verənlərə geniş məcrada yanaşsaq, Cənubi Qafqaz ən stabil regionlardan biridir


“Dünyada baş verənlərə geniş məcrada yanaşsaq və müqayisə etsək, görərik ki, Cənubi Qafqaz ən stabil regionlardan biridir”.

APA-nın məlumatına görə, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Praqada “GLOBSEC Forum 2025” çərçivəsində keçirilən “Orta Dəhliz: Yeni Geosiyasi və Geoiqtisadi Həyat Xətti” (The Middle Corridor: A New Geopolitical and Economic Lifeline?) paneli zamanı söyləyib.

O, keçmişdə qalan Qarabağ münaqişəsi və Ermənistanla bu problemin həlli üçün vaxtilə aparıkan danışıqlar prosesinə də toxunub, hazırda sülh istiqamətində davam edən səyləri də dəyərləndirib:

“Azərbaycan Cənubi Qafqaz regionunda bir sıra dəyişiklərin baş verməsinə səbəb olub. Hazırda regionda pozitiv vəziyyət və yeni “status-kvo” formalaşıb. Təəssüf ki, bu Ermənistanın xoş niyyəti əsasında baş verməyib. Çünki Azərbaycan 30 il heç bir real nəticə verməyən danışıqlar prosesinə ümidlə yanaşıb. Lakin bu, keçmişdə qalıb. İndi isə regionda real sülh mövcuddur. Ermənistan və Azərbaycan arasında de-fakto sülh var. Hazırda dünyada baş verənlərə geniş məcrada yanaşsaq və müqayisə etsək görərik ki, Cənubi Qafqaz ən stabil regionlardan biridir”.

Oxşar xəbərlər

Hikmət Hacıyev: Cənubi Qafqaz ən stabil regionlardan biridir
Hikmət Hacıyev: Azərbaycan özünü qonşu dövlətlərə qarşı mümkün gərgin ssenarilərə hazırlayıb
Hikmət Hacıyev: Ermənistandan Zəngəzur dəhlizi ilə bağlı addım gözləyirik
Hikmət Hacıyev: Azərbaycan “Orta Dəhliz”i mədəniyyətlərarası dialoqun forması olaraq nəzərdən keçirir
Prezidentin köməkçisi: Köməyə deyil, əməkdaşlıq və tərəfdaşlığa ehtiyacımız var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar