Astaradakı Əlişa qalasında yeni memarlıq elementləri üzə çıxıb
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun Astara rayonu arxeoloji ekspedisiyası tərəfindən Alaşa kəndi ərazisində yerləşən Əlişa qalasında aparılan arxeoloji qazıntılar maraqlı nəticələr verməkdədir.
Sizinxeber.az-nın cənub bürosunun xəbərinə görə, iyunun 2-dən etibarən davam edən qazıntılar nəticəsində XIV əsrə aid şirli və şirsiz keramika nümunələri, kaşı fraqmentləri, su təsərrüfatı qurğuları və memarlıq elementləri üzə çıxıb.
Qazıntılara tarix üzrə fəlsəfə doktoru, dosent Mikayıl Mustafayevin rəhbərlik etdiyi ekspedisiya qrupu nəzarət edir.
Ümumilikdə 500 m² sahədə aparılan qazıntılar nəticəsində iki divar qatı və otaq strukturları müəyyən edilib, qədim su hövzəsi ətrafında üç su qurğusu və saxsı boru xətləri aşkarlanıb, sitadel sahəsində bişmiş kərpicdən inşa olunmuş, döşəməsi yonulmuş daşlarla örtülmüş tikili üzə çıxarılıb, tünd rəngli, miniatür naxışlarla bəzədilən XII - XIV əsrə aid kaşı və keramika fraqmentləri tapılıb.
Əlişa qalası – Hirkan Dövlət Təbiət Qoruğunun girişində, strateji yüksəklikdə yerləşən və elmi cəhətdən indiyədək tədqiq olunmayan abidədir. İlkin qazıntılara 2023-cü ilin sentyabr ayında start verilib və hazırda tədqiqatlar intensiv şəkildə davam etdirilir.
Qeyd edək ki, qalaya gedən yol infrastrukturu da həll olunur. Bu həm ziyarətçilərin təhlükəsizliyi, həm də ekspedisiyanın rahat fəaliyyəti üçün əlverişli şərait yaradır.
Oxşar xəbərlər
Astaradakı Əlişah qalasında 8 m uzunluqda saxsı kanalizasiya borusu aşkarlanıb
Arxeoloji Fond yaradılacaq
Xaraba Gilan şəhər yerində xilasetmə-tədqiqat işlərinə baxış keçirilib
Naxçıvanda arxeoloji qazıntı aparılıb, 10 nəfərə yaxın insanın qalıqları aşkarlanıb
“Keşikçidağ"da elmi arxeoloji qazıntılar zamanı xeyli nümunələr aşkarlanıb - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












