Cari ilin 5 ayı ərzində 3 mindən çox şəxsə dəfn üçün müavinət ödənilib
sizinxeber.az xəbər saytı

Cari ilin 5 ayı ərzində 3 mindən çox şəxsə dəfn üçün müavinət ödənilib


Bu ilin yanvar-may ayları ərzində 3,5 min nəfər dəfn xərci çəkmiş şəxsə dəfn üçün müavinət təyin edilib və ödənilib.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, onlardan 5 nəfəri Azərbaycan ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilərdir.

Qeyd edək ki, əmək pensiyaçısı vəfat etdikdə onun dəfni ilə bağlı xərçləri çəkmiş şəxsə minimum pensiyanın üç misli miqdarında, yəni 960 manat dəfn üçün birdəfəlik müavinət verilir.

Müavinət dövlət qulluqçusu, həmçinin yaşa, əlilliyə və ailə başçısını itirməyə görə verilən müavinətlərdən biri təyin edilmiş, işsizlikdən sığorta ödənişini alan, sığortaolunan şəxs vəfat etdikdə onun dəfni ilə bağlı xərçləri çəkmiş şəxsə 500 manat dəfn üçün birdəfəlik müavinət verilir.

Oxşar xəbərlər

Bu il cəzaçəkmədən azad edilən 2000-dən çox şəxsə birdəfəlik sosial yardım göstərilib
Azərbaycanda qeydiyyatda olan pensiyaçıların sayı açıqlanıb
Son üç ayda 21 mindən çox insana uşağın doğulmasına görə birdəfəlik müavinət ödənilib
Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər
Ailə başçısını itirməyə görə 189 mindən çox şəxsə pensiya və müavinət ödənilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər