Bu il cəzaçəkmədən azad edilən 2000-dən çox şəxsə birdəfəlik sosial yardım göstərilib
sizinxeber.az xəbər saytı

Bu il cəzaçəkmədən azad edilən 2000-dən çox şəxsə birdəfəlik sosial yardım göstərilib


Cari ilin 5 ayı ərzində respublika üzrə penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan 2187 şəxsə birdəfəlik müavinət təyin edilərək ödənilib.

Bu barədə "Sizinxeber.az"un sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Bildirilib ki, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan Azərbaycan vətəndaşları və ya Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxslər minimum aylıq əməkhaqqının dörd misli məbləğində (hazırda 1600 manat) birdəfəlik müavinətlə təmin edilir.

Həmçinin bu müavinət digər dövlətlərin penitensiar müəssisələrində cəza çəkməkdən azad edildikdən sonra üç ay müddətində Azərbaycanda daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikası vətəndaşlarına da şamil olunur.

Qeyd olunan birdəfəlik müavinətin təyinatı bu kateqoriyadan olan şəxsin sosial adaptasiya müddəti ərzində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumlarına və ya “DOST” mərkəzlərinə yazılı müraciəti əsasında aparılır.

Oxşar xəbərlər

Nazirlər Kabinetinin iki qərarı ləğv edilib
Azərbaycanda qeydiyyatda olan pensiyaçıların sayı açıqlanıb
600 manat birdəfəlik müavinət kimlərə verilir?
ƏƏSMN: Azərbaycanda Çernobıl qəzası ilə əlaqədar 3 min 800 əlilliyi olan şəxs var
Naxçıvanda son 11 ayda sosial müavinətlər üzrə 37,9 milyon manat ödənilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər