Dövlət Agentliyi: 493 hərbçi 610 ədəd son nəsil protezlə təmin olunub
sizinxeber.az xəbər saytı

Dövlət Agentliyi: 493 hərbçi 610 ədəd son nəsil protezlə təmin olunub


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində müharibə ilə əlaqədar əlilliyi olan bir qrup şəxslə görüş keçirilib.

Bu barədə "Report"a Nazirlikdən məlumat verilib.

Bildirilib ki, görüşdə Agentliyin İdarə Heyətinin sədri Ramin Rzayev son illər ölkədə əlillik və reabilitasiya sahəsində aparılan islahatlar, reabilitasiya infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülmüş işlər barədə məlumat verib. Reabilitasiya sahəsində keyfiyyət və əlçatanlığın təmin edilməsi üçün atılan addımlar, xidmətlərin həcminin genişləndirildiyi, alternativ reabilitasiya üsullarının tətbiq edildiyi diqqətə çatdırılıb.

Qeyd olunub ki, postmüharibə dövründə Agentliyin reabilitasiya mərkəzlərində 3 600 nəfər müharibə iştirakçısı, onların ailə üzvləri və şəhid ailəsi üzvləri reabilitasiya və sosial-psixoloji xidmətlərlə təmin edilib və həmin xidmətlər bu gün də davam etdirilir. Həmçinin protez istehsalı sahəsində dünyanın qabaqcıl şirkətləri olan “Ottobock” (Almaniya) və “ÖSSUR” (İslandiya) şirkətləri ilə sıx əməkdaşlıq qurularaq, 493 hərbçi 610 ədəd yüksək texnologiyalı, son nəsil protezlə təmin olunub.

Müharibə iştirakçıları ölkədə qurulan müasir reabilitasiya sistemi, əlillik sahəsində aparılan islahatlar, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin reabilitasiya xidmətləri və vasitələri, xüsusilə son nəsil protezlərlə təminatı sahəsində aparılan işlərlə bağlı razılıqlarını ifadə ediblər.

Görüşdə əlillik və reabilitasiya sahəsində həyata keçirilən islahatlara dair fikir mübadiləsi aparılıb, vətəndaş cəmiyyəti institutları nümayəndələrinin rəy və təklifləri dinlənilib.

Oxşar xəbərlər

Son 11 ayda əlilliyi olan 113 min şəxsə reabilitasiya xidmətləri göstərilib
Əlilliyi olan 25 min uşağa reabilitasiya xidmətləri göstərilib
Əlilliyi olan 15 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
Ötən il əlilliyi olan şəxslər 97 min reabilitasiya vasitəsi ilə təmin edilib
Bu ilin I rübündə 8 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər