Yasamal RİH: “Sovetski”də qəzalı evlərin sökülməsi həm sakinlərin təhlükəsizliyi, həm də şəhərsalma baxımından əhəmiyyətlidir - VİDEO
Bakıda keçmiş “Sovetski” kimi tanınan ərazidə istismar müddətini başa vuran, qəzalı vəziyyətdə olan binaların söküntüsü həm sakinlərin təhlükəsizliyi, həm də şəhərsalma baxımından əhəmiyyətlidir.
Bunu “Sizinxeber.az”a açıqlamasında Yasamal Rayon İcra hakimiyyətinin şöbə müdiri Elnur Abbaszadə deyib.
O qeyd edib ki, bu proses gələcək üçün daha səmərəli və faydalı layihələrin reallaşdırılmasına zəmin yaradır.
“Mərkəzi Parkın bu günə qədər istifadəyə verilən üç hissəsi sayəsində onun ümumi sahəsi artıq 35,4 hektara çatıb. Şəhərin mərkəzində bu qədər geniş yaşıllıq zonası yaratmaq təkcə estetik deyil, həm də ekoloji baxımdan çox böyük önəm daşıyır. Sakinlərin mədəni və rahat istirahəti üçün yaradılmış bu müasir park həm yerli əhalinin, həm də şəhərin qonaqlarının rəğbətini qazanıb”.
Şöbə müdirinin sözlərinə görə, hazırda davam edən söküntü işləri isə Mərkəzi Parkın daha da genişləndirilməsinə, yeni yaşıllıq zolaqlarının salınmasına, bir sıra sosial-ictimai əhəmiyyətli layihələrin həyata keçirilməsinə və şəhərin ümumi görkəminin daha da abadlaşdırılmasına xidmət edir.
FOTO: Mircavid Eminoğlu
Oxşar xəbərlər
“Sovetski”də qəzalı binaların söküntüsünə başlanılıb
Yasamal RİH: Söküntü işləri şəhərin ümumi görkəminin daha da abadlaşdırılmasına xidmət edir - FOTO
Bakıda 2024-cü ildə 65 bina söküləcək
Prezident İlham Əliyev Bakıda metronun “Gənclik” stansiyasının yaxınlığında yaradılan yeni parkın açılışında iştirak edib
Bakıda istismar müddətini başa vurmuş tikililərlə əlaqədar iki komissiya yaradılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












